İspan hakim Avropa Oyunlarında iştirakdan məmnundur
Bizi izləyin

Bakı 2015

İspan hakim Avropa Oyunlarında iştirakdan məmnundur

Bakıda keçiriləcək İlk Avropa Oyunları çərçivəsində çimərlik futbolu yarışlarında hakimlik edəcək ispaniyalı Ruben Eiriz Mata bu təyinatından məmnun olduğunu bildirib.

Publika.az xəbər verir ki, təcrübəli futbol hakimi təyinatı ilə bağlı xəbəri ispan mətbuatında şərh edərkən deyib ki, o, bu vaxtadək dünyanın bütün qitələrində müxtəlif yarışlarda hakimlik etsə də, təcrübəsində heç vaxt Olimpiada olmayıb. Bakıdakı Avropa Oyunlarında iştirak isə 2016-cı il Yay Olimpiya Oyunlarına vəsiqə verə bilər.

36 yaşlı Ruben Eiriz Mata 2006-cı ildən etibarən çimərlik futbolunda beynəlxalq dərəcəli hakimdir. O, 2007-ci, 2009-cu, 2011-ci və 2013-cü illərdə keçirilmiş dünya çempionatlarında hakimlik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm