• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Arıf Qazıyev: “Avropa Oyunları ilə bağlı təəssüratlarımı sözlə ifadə edə bilmirəm”

Arıf Qazıyev: “Avropa Oyunları ilə bağlı təəssüratlarımı sözlə ifadə edə bilmirəm”

“Bakı-2015” Birinci Avropa Oyunlarına 39 gün qalır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıq prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.

Ölkəmizdə tanınmış şəxslər də bu prosesə çox fəal qoşularaq vətəndaş mövqeyi nümayiş etdirir.

"Şöhrət" ordenli, əməkdar incəsənət xadimi Arif Qazıyev Publika.az-a açıqlamasında hazırlıq prosesini izlədiyini və yüksək qiymətləndirdiyini deyib. O da hadisənin Azərbaycan üçün əhəmiyyətli olduğu qənaətindədir:

“Bu, elə böyük hadisədir ki, təəssüratlarımı sözlə ifadə edə bilmirəm. Mən qürur duyuram ki, Avropa ölkələri deyil, Azərbaycan Avropa Oyunlarına ilk dəfə ev sahibliyi etməyi öz üzərinə götürüb. Bu, böyük bayramdır. Nəvələrimiz üçün bu, böyük hədiyyədir. Bu cür oyunlar Azərbaycanın reytinqini bütün dünyada yüksəldir. Odur ki, bu Oyunları yüksək səviyyədə keçirmək lazımdır. Heç bir qüsur olmamalıdır”.

Arif müəllim onda bayram əhvali-ruhiyyəsi yaradan yarışları canlı izləmək niyyətindədir. Ancaq bilet almayıb. Maraqlıdır ki, sənətkar bilet almaq niyyətində deyil: “Söz veriblər ki, mənə bilet hədiyyə edəcəklər”.

Söhbət əsnasında öyrəndik ki, Arif Qazıyev üzgüçülüklə məşğul olur:

“Mən futbol və boks həvəskarıyam. Bu oyunlarda futbol olmadığından boks izləməyə gedəcəyəm. Mən özün həftədə 2 dəfə üzgüçülüklə məşğul oluram. Odur ki, üzgüçüləri də izləməyə gedəcəyəm. Bu oyunların hamısı maraqlıdır. Birinə getdinsə, hamısına gedəcəksən”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR