Bakı 2015
Bakı 2015-də ilk tarixi yarış - FOTOLAR
İyunun 12-də başlanacaq Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə, Bakı 2015 Bilgəh çimərliyində, mayın 2-də triatlon idmanı üzrə ilk yarış təşkil olunub.
Publika.az xəbər verir ki, 13 idmançının mübarizə apardığı yarış Bakı 2015 və Azərbaycan Triatlon Federasiyasının birgə təşkilatçılığı ilə keçirildi. Qeyd edək ki, Azərbaycan Triatlon Federasiyası 2013-cü ildə, Bakı şəhəri Birinci Avropa Oyunlarının ev sahibi seçiləndən bir neçə ay sonra təsis olunub.
Turnirin təşkili ilə bağlı həm iştirakçılar, həm də Avropa Triatlon Birliyinin (ATB) texniki nümayəndələri müsbət rəy veriblər. ATB-in texniki nümayəndəsi Xorxe Qarsiya bu xüsusda bildirib: “Yarış yüksək səviyyədə keçirildi. Arena isə möhtəşəmdir. Həm əsas yarışlardan əvvəl bununla bağlı bütün detalları sınaqdan keçirmək imkanımız olduğu üçün, həm də nəticədən məmnunuq. Artıq Bakı 2015 Avropa Oyunları çərçivəsində triatlon yarışlarının keçiriləcəyi günü səbirsizliklə gözləyirik.”
Bakı 2015 Avropa Oyunlarının triatlon yarışları iyunun 13-14-də Bilgəh çimərliyində təşkil olunacaq. 65-i kişi və bir o qədəri də qadın olmaqla, cəmi 130 idmançı mübarizəyə qoşulacaq. Qadınların mübarizəsi iyunun 13-nə, kişilərin isə iyunun 14-nə nəzərdə tutulub. Qaliblər Birinci Avropa Oyunlarının çempionu adını qazanmaqla yanaşı, təmsil etdiyi milli olimpiya komitəsinin 2016-cı il Rio de Janyero Yay Olimpiya Oyunlarında iştirakını təmin etmiş olacaq.
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO