Litvada Birinci Avropa oyunlarını TV6 telekanalı yayımlayacaq
Bizi izləyin

Bakı 2015

Litvada Birinci Avropa oyunlarını TV6 telekanalı yayımlayacaq

Litva Olimpiya Fondu Bakıda keçiriləcək BirinciI Avropa oyunlarının yayımlanması barədə “Tele-3” şirkəti ilə kontrakt imzalayıb. Kontrakta görə, yayım hüququ TV6 kanalına məxsus olan şirkətə verilib.

TV6 basketbol, xokkey, Formula-1 üzrə əsas yarışları yayımlayan populyar idman telekanalıdır. Keçən il kanal auditoriya üzvlərinin sayına görə ölkənin beş ən populyar kanalı sırasına daxil edilib.

Litva Olimpiya Komitəsində AZƏRTAC-ın xüsusi müxbirinə bildiriblər ki, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında Litvanı idmanın 9 növü üzrə 71 idmançı təmsil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm