TV əməkdaşları “Bakı-2015”in loqosu olan formada – FOTOLAR
Bizi izləyin

Bakı 2015

TV əməkdaşları “Bakı-2015”in loqosu olan formada – FOTOLAR

Xəzər Televiziyasının əməkdaşları “Bakı-2015” loqolu geyimlə işləyəcəklər.

Publika.az-ın məlumatına görə, telekanalın Xəbərlər Departamentinin əməkdaşları bu gündən çəkilişlərdə üzərində “Bakı – 2015” I Avropa Oyunlarının loqosu olan xüsusi geyimlərlə iştirak edəcək.

“Xəzər TV”-nin sözçüsü Aqşin Kamal deyib ki, artıq əməkdaşlar loqolu geyimlərlə təmin olunublar. “Bu addım Azərbaycanda baş tutacaq tarixi hadisənin təbliğatına televiziya olaraq dəstək məqsədi daşıyır. Əməkdaşlarımız həm ətrafdakıların, həm də müsahiblərinin diqqətini bir daha bu oyunlara cəlb etmək istəyir. “Xəzər TV” - nin jurnalistləri bütün tədbirlərdə, çəkilişlərdə bu uniformalarla fəaliyyət göstərəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm