Avropa Oyunları dünyada bir ilk olacaq
Bizi izləyin

Bakı 2015

Avropa Oyunları dünyada bir ilk olacaq

Bildiyimiz kimi, İlk Avropa Oyunlarının cüdo proqramına salınmış paralimpiya yarışlarında Azərbaycanı iki idmançı təmsil edəcək. İkiqat paralimpiya çempionu İlham Zəkiyev kişilərdən ibarət turnirdə ölkəmizi təmsil edəcək. Qadınlar arasında ölkəmiz son dünya çempionatının gümüş mükafatçısı Səbinə Abdullayeva ilə təmsil olunacaq.

Səbinə Abdullayeva Azərbaycanın tanınmış xanım idmançılarından biridir.

O da Avropa Oyunlarını səbirsizliklə gözlədiyini bildirib. Publika.az-a danışan xanım cüdoçu himnimizi səsləndirmək üçün əlindən gələni edəcəyini deyib:

“Avropa Oyunları dünyada bir ilk olacaq və tarixə düşəcək. Bu, böyük bir yarışdır, bundan əlavə, bizim ölkəmizdə keçiriləcək. Hər bir idmançının istəyidir ki, belə bir yarışda öz ölkəsinin himnini səsləndirsin, bayrağını qaldırsın. Mən də bu yarışda iştirak edəcəyim üçün çox sevincliyəm. Deyə bilərəm ki, bu yarışda öz himnimizi səsləndirmək üçün əlimdən gələni edəcəyəm”.

Xatırladaq ki, Səbinə Abdullayevanın adı 2013-cü ildə keçirilən sorğunun nəticələrinə görə, Avropanın ən yaxşı idmançıları sırasına daxil edilib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm