Bakı 2015
Avropa Oyunlarının bayrağı Heydər Əliyev zirvəsində – FOTOLAR
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində əksəriyyəti gənclərdən ibarət olan müxtəlif təşkilatların nümayəndələri Quba rayonu Qızıl Qaya silsiləsində yerləşən Heydər Əliyev zirvəsinə yürüş ediblər.
Publika.az-ın məlumatına görə, Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən başlayaraq 3751 m yüksəkliyə doğru yürüşə ulu öndərin xatirəsini yad etmək məqsədi ilə Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri də qoşulublar. Daha sonra Əməliyyat Komitəsinin Protokol Direktorluğunun nümayəndələri Royal Şirinov və Zaur Xəlilov Avropa Oyunlarının bayrağını Heydər Əliyev zirvəsinə qaldırıblar.
Yürüşdə iştirak edən “İdman Mədəniyyəti və Maarifçiliyinə Dəstək” İctimai Birliyinin sədri Səlhət Abbasova qeyd edib ki, müstəqilliyimizin ilk illəri, ölkəmizin sosial-iqtisadi, siyasi böhran içərisində boğulduğu anlarda belə, Heydər Əliyevin respublikada bədən tərbiyəsi və idmanın inkişafına verdiyi önəm Birinci Avropa Oyunlarını təşkil etməyimiz üçün imkanlar yaradıb.
Vasif Həsənli
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!