• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

I Avropa Oyunlarında iştirak edəcək idmançıları siz də tanıyın

I Avropa Oyunlarında iştirak edəcək idmançıları siz də tanıyın

I Avropa Oyunlarında Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri iştirak edəcək.

Publika.az həmin idmançıları təqdim edir.

Elnarə Əliəsgərova “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzinin yetirməsidir. İdmanın yadro itələmə növü ilə məşğul olan E.Əliəsgərova ikiqat Azərbaycan çempionudur. Ötən il Avropa çempionatında ilk onluğa düşən idmançılar sırasındadır. E.Əliəsgərova Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alır.

Eyyub Bayramov Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. E.Bayramov idmanın hündürlüyə tullanma növü üzrə Azərbaycan və Gürcüstan çempionatlarında mükafatlar qazanıb. 23 yaşlı idmançı Azərbaycan Dövlət Texniki Universitetində təhsil alır.

Kamran Əsgərov Bakı şəhər 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin yetirməsidir. Atletikanın sprint qaçış növü ilə məşğul olan K.Əsgərov Avropa Kubokunda 3-cü yeri tutub, Azərbaycan çempionatının qalibi olub.

Lalə Hüseynova Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin yetirməsidir. Qadın qrupu üzrə Respublika çempionatının qalibi olan Lalə Minsk şəhərində keçirilən beynəlxalq turnirdə III yeri tutub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alır.

Cavanşir Səfərov Bakı şəhəri üzrə Təhsil İdarəsinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzinin yetirməsidir. C.Səfərov qılıncoynatma üzrə Bakı və Azərbaycan çempionatlarının qalibi olub, Dünya Kuboku mərhələsində II yeri tutub. Bakı Qida Sənayesi Kollecində təhsil alır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR