• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Komandamızın ilk Avropa Oyunlarında uğur qazanacağına əminəm

Komandamızın ilk Avropa Oyunlarında uğur qazanacağına əminəm

Komandamızın “Bakı-2015” birinci Avropa Oyunlarında uğur qazanacağına əminəm.

Bu sözləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Tour d’Azerbaidjan-2015” veloyürüşünün iştirakçısı, avstriyalı Klements Fankoza deyib.

Avropa Oyunlarının keçirilməsinin gözəl ideya olduğunu bildirən K.Fankoza Bakıya heyranlığını xüsusi vurğulayıb. Ölkəmizlə bağlı təəssüratlarını bildirən avstriyalı idmançı deyib: “Şəhərinizi gəzmək imkanımız oldu. Avropa Oyunları üçün tikilən məkanlar olduqca əzəmətlidir. İnanıram ki, Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə uğurlu ev sahibliyi etdiyi kimi, bu Oyunları da yüksək səviyyədə keçirəcək”.

Ölkəmizdə yüksək qonaqpərvərliklə qarşılandıqlarını söyləyən Klements Fankoza bildirib ki, Avropa Oyunlarında uğur qazanmaq üçün hər bir idmançı əzmlə çalışmalıdır.

K.Fankoza ötən il İrlandiyada keçirilən “An Post Ras” yarışlarının qalibi olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR