Bakı 2015
Birinci Avropa Oyunlarının məşəli İmişliyə gətirildi - FOTOLAR
Mayın 7-də birinci Avropa Oyunlarının məşəli Sabirabad
rayonundan sonra İmişliyə gətirilib. Şəhərin giriş qapısında
məşəlin qarşılanma mərasimi olub.
Publika.az-ın məlumatına görə, şəhərin Heydər Əliyev prospekti və 20 Yanvar küçəsində minlərlə rayon sakini və qonaqlar yürüş iştirakçılarını alqışlarla qarşılayıblar.
Avropa Oyunlarının rəmzi qapısında İmişli Şəkər Zavodunun
əməkdaşı Məmməd Abıyev məşəli qəbul etdi. Sonra 10 məşəlçi 4,1
kilometr məsafədə yürüşə başladı. Növbə ilə məşəli bir-birinə
ötürən idmançılar Heydər Əliyev prospekti və 20 Yanvar küçəsi
boyunca hərəkət edərək Heydər Əliyev parkına gəldilər.
Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini
qəbul edən idmançıları sürəkli alqışlarla qarşıladılar. Burada
quraşdırılan səhnədə Avropa Oyunlarının məşəli
alovlandırıldı.
Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Əlbəyaxa döyüş idman növü üzrə Avropa çempionu Qadir Cəfərov
Avropa Oyunlarının çırağını yandıraraq, yarışlar başa çatana qədər
saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.
Şəhər sakini Rüstəm Vəliyev də sevincini bölüşərək birinci
Avropa Oyunlarının məşəlinin İmişlidə şölələnməsini rayonun idman
həyatında əlamətdar hadisə kimi qiymətlədirdi, ölkəmizdə bədən
tərbiyəsi və idmanın inkişafına göstərilən diqqət və qayğıya görə
dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Sonra birinci Avropa Oyunlarının məşəlindən götürülən alov Füzuli rayonuna yola salındı.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB