Onlar da Avropa Oyunlarında qələbə üçün çalışır
Bizi izləyin

Bakı 2015

Onlar da Avropa Oyunlarında qələbə üçün çalışır

I Avropa Oyunlarına 35 gün qalıb. Vaxt qısaldıqca həm həyəcan, həm də qələbə əzmi daha da yaxınlaşır. İdmançılarımız mötəbər turnirdə medal qazanaraq İlk Avropa Oyunları ilə bərabər tarixə düşmək istəyirlər. Elə taekvondoçularımız da...

Avropa çempionu, keçmiş idmançı, hazırda Taekvondo Federasiyasının böyük məşqçisi kimi fəaliyyət göstərən Elnur Amanov bu cür mötəbər turnirə medal qazanmaq üçün ciddi şəkildə hazırlaşdıqlarını deyir. O, Publika.az-a bildirib ki, Avropanın taekvondoçuları güclü olur, buna görə də, onları məğlub etmək üçün ciddi hazırlaşırlar:

“Yanvardan hazırlıqlara başlamışıq. Mayın 13-də Rusiya Federasiyasında keçiriləcək dünya çempionatında iştirak etmək üçün 8 idmançı seçmişik. Dünya çempionatında Avropa Oyunlarından fərqli olaraq, 8 çəki dərəcəsi olur. Avropa Oyunlarında isə 2 çəki birləşdirilir.

Təbii ki, Avropa Oyunlarında yarışmaq çətin olacaq. Çünki Avropada güclü taekvondoçular var. Amma I Avropa Oyunları ölkəmizdə keçiriləcəyi üçün bu yarışa daha ciddi hazırlaşırıq. Çünki olimpiya oyunları kimi bir yarışdır, nəticə verməliyik”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm