Rəqsanə Avropa Oyunlarına həsr olunmuş mahnı oxudu – AUDİO
Bizi izləyin

Bakı 2015

Rəqsanə Avropa Oyunlarına həsr olunmuş mahnı oxudu – AUDİO

Müğənni Rəqsanə İsmayılova Avropa Oyunlarına dəstək nümayiş etdirmək üçün yeni mahnı ifa edib. Müğənninin yeni mahnısı “Avropa Oyunları Bakı 2015” adlanır.

Mahnının sözləri Azər Şirinə, musiqisi isə Zülfi Bədəlova aiddir.

Publika.az-a açıqlama verən İsmayılova yaxın günlərdə adıçəkilən mahnıya klip çəkdirəcəyini də bildirib.

“Bu, möhtəşəm hadisədir. Hər birimizin borcudur ki, bu tədbirə bacardığı dəstək nümayiş etdirsin. Mən də yeni mahnı ifa etmişəm. Klipimiz də olacaq. Klip çəkilişləri isə Azərbaycanın bir neçə şəhərində həyata keçiriləcək. Klip Bakı ilə yanaşı, Sumqayıt, Mingəçevir, Gəncə və Qəbələdə lentə alınacaq”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm