• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Məleykə Əsədova:“Artıq bu tarixi heç kim dəyişə bilməz”

Məleykə Əsədova:“Artıq bu tarixi heç kim dəyişə bilməz”

“Bakı-2015” Birinci Avropa Oyunlarına 34 gün qalır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıq prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.

Ölkəmizdəki tanınmış şəxslərin demək olar ki, hamısı hazırlıq prosesinə çox fəal şəkildə qoşulub. Bu da təbiidir. Heç kəs milli və dövlət maraqlarımıza xidmət edən bu idman hadisəsinə biganə qala bilmir.

Xalq artisti Məleykə Əsədova da Publika.az-a açıqlamasında hazırlıq prosesini izlədiyini və yüksək qiymətləndirdiyini deyib. O da hadisənin Azərbaycan üçün əhəmiyyətli olduğu qənaətindədir:

“Bu sevindirici bir haldır. Onsuz da Azərbaycanımız o qədər gözəldir ki… Günü-gündən də gözəlliyi min qat artır. Bu bir danılmaz həqiqətdir ki, illər keçdikcə Bakı dünyanın ən gözəl şəhərinə çevrilir. Gələn ay şəhərimiz dünyada ilk dəfə keçiriləcək bir yarışa ev sahibliyi edəcək. Bu, balaca hadisə deyil. Avropa Oyunları üzrə yarışların tarixi “Bakı-2015”lə başlayır. Azərbaycan, Bakı bu tarixin başlandığı ölkə, şəhərdir. Artıq bu tarixi heç kim dəyişə bilməz. Bu, Azərbaycanın uğurudur. Bütün bunları mən alqışlayıram. Sevinirəm ki, Azərbaycanımı dünya görəcək. Avropalılar vətənimə gələcək”.

Xalq artisti oyunları canlı izləməsə də, bütün oyunlara evdən baxacağını bildirib: “Yalan deyərəm. Bilet almamışam. Amma televiziyadan bütün oyunları izləyəcəyəm”.

Publika.az-a açıqlamasında aktrisa həm formada qalmaq üçün idman etdiyini, həm də idmanın ayrı-ayrı növlərinə maraq göstərdiyini bildirib. Onun sözlərinə görə, idmanı həyat tərzinə çevirib:

“Evdə olanda mütləq idman edirəm. İdman sağlamlıq, gözəllikdir. İdmana mütləq vaxt ayırmaq lazımdır. Basketbol idman növünə isə xüsusi marağım olub və indi də var”.

İsa Şükürov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR