Rəhim Rəhimlinin Avropa Oyunları çağırışı
Bizi izləyin

Bakı 2015

Rəhim Rəhimlinin Avropa Oyunları çağırışı

“Bakı-2015” Birinci Avropa Oyunlarına 34 gün qalır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıqlar prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.

Ölkəmizdə tanınmış şəxslər də bu prosesə çox fəal qoşularaq vətəndaş mövqeyi nümayiş etdirir.

Müğənni Rəhim Rəhimli Publika.az-a açıqlamasında hazırlıq prosesini izlədiyini və yüksək qiymətləndirdiyini deyib. O da hadisənin Azərbaycan üçün əhəmiyyətli olduğu qənaətindədir:

“Avropa simalarını görə biləcəyik. Avropalılar Azərbaycana gələcək. Bütün dünya bura axışacaq. Hal- hazırda dövlətimiz düzgün təbliğat aparır. Bunlar çox gözəldir. Biz özümüzü, nəyə sahib olsuğumuzu, mədəniyyətimizi gözəl şəkildə təqdim etməliyik. Bunu dilimiz, mədəniyyətimiz, dinimiz, musiqimizlə etməliyik. Hər kəsdən xahiş edirəm ki, mədəniyyət və mənəviyyatımızı düzgün şəkildə təqdim edək. Azərbaycana gələn əcnəbilər buradan getdikdə desinlər ki, Azərbaycan cənnətdir!”

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm