9 qat dünya çempionu Avropa Oyunlarından danışdı
Bizi izləyin

Bakı 2015

9 qat dünya çempionu Avropa Oyunlarından danışdı

9 qat dünya çempionu, keçmiş samboçu, Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov Avropa Oyunlarından danışıb.

Publika.az-a danışan Federasiya prezidenti samboçularımızın medal qazanacağına ümid etdiyini deyib:

“Doğrudan da sevindirici haldır ki, I Avropa Oyunlarının proqramına sambo da daxil edilib. Təbii ki, bunlar da ölkə başçısı prezident İlham Əliyevin səyi nəticəsindədir, idmana olan qayğısıdır. Biz də çalışacağıq ki, ümidləri doğruldaq. Əsas məqsədimiz doğma divarlar arasında ölkəmizin bayrağını ucaltmaq, himnimizi səsləndirməkdir”.

Federasiya prezidenti Avropa Oyunları proqramına əsasən yarışa xanım idmançıları da çıxaracaqlar:

“I Avropa Oyunlarının proqramında qadınlar da var. Buna görə də bəzi idman növlərindən - cüdo və başqa idman növü ilə məşğul olan xanım idmançıları komandamıza cəlb etmişik. Düzdür, xanım idmançılarımzın yarışması bizim üçün çətindir. Çünki xanımlarımızda bu idman növlərinə maraq çox azdır.

Düzdür, arzumuz, istəyimiz hər çəkidə qızıl medal qazanmaqdır. Amma ümumilikdə oyunlardan medal qazanacağımıza ümid edirəm. Hər bir idmançımıza uğurlar arzulayıram”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm