• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“İlk Avropa Oyunları Azərbaycanı yüksək zirvəyə qaldıracaq”

“İlk Avropa Oyunları Azərbaycanı yüksək zirvəyə qaldıracaq”

“İlk Avropa Oyunları Azərbaycanı yüksək zirvəyə qaldıracaq və bütün dünya Azərbaycanın necə gözəl ölkə olduğunu görəcək”. Bunu Trend-ə ABŞ-ın Kaliforniya Universitetinin professoru Roberto Peccei deyib.

R.Peccei vurğulayıb ki, bu Oyunlar televiziya vasitəsilə dünyanın bir çox ölkələrində yayımlanacaq və 100 milyonlarla insan bu Oyunlara tamaşa edəcək: “O cümlədən bu Oyunları izləmək üçün Azərbaycana on minlərlə turist gələcək. Təbii ki, bunlar Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Avropa, Amerika, Asiya, eləcə də dünyanın digər ərazilərində çox sayda insan Azərbaycan haqqında, onun turizm potensialı barədə geniş məlumat əldə edəcək ki, bu da ölkədə turizmin genişlənməsinə şərait yaradacaq”.

Professor vurğulayıb ki, İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi eyni zamanda ölkənin beynəlxalq imicinin yüksəlməsinə səbəb olacaq. Onun sözlərinə görə, bu Oyunlar Azərbaycanın həm regionda, həm də dünyada daha möhkəm mövqe tutmasına imkan verəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR