• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Vidadi Babanlı: “Bu, idmançıların yarışı deyil, mədəniyyətimizin nümayişidir!”

Vidadi Babanlı: “Bu, idmançıların yarışı deyil, mədəniyyətimizin nümayişidir!”

Tanınmış yazıçı Vidadi Babanlı Azərbaycanda keçirilən “Bakı-2015” Birinci Avropa Oyunlarını ölkəmizin müsbət imicinin formalaşmasında uğurlu addım kimi dəyərləndirib.

Publika.az-a açıqlama verən yazıçı “Bakı-2015”-lə bağlı təəssüratlarını bölüşüb:

“Eurovision” mahnı yarışmasından sonra ilk dəfədir ki, Azərbaycanda daha bir mötəbər tədbir keçirilir. Bu beynəlxalq tədbirin keçirilməsi ölkəmizin müsbət imicinin daha da artması deməkdir. Bununla dünya ölkələri Azərbaycanı daha yaxından tanımaq imkanı qazanacaq. Biz də öz növbəmizdə mədəniyyətimizi, mətbəximizi, tariximizi tanıtmaq imkanı əldə edəcəyik. Bu tədbir yalnız idmançıların yarışı deyil. Həm də milli dəyərlərimizin, ənənələrimizin, musiqimizin nümayişi deməkdir. Əcnəbi gəlib ölkəmizin mədəniyyəti ilə tanış olacaq, gəzməli-görməli yerlərini gəzəcək, musiqimizi-muğamımızı dinləcəyək, milli xörəklərimizdən dadacaq. Öz ölkəsinə qayıdandan sonra isə Azərbaycandan danışacaq. Hər bir azərbaycanlı əcnəbi qonaqlarla elə davranmalıdır ki, haqqımızda mənfi rəy formalaşmasın. Biz öz qonaqpərvərliyimizi, mədəniyyətimizi və necə alicənab xalq olduğumuzu ortaya qoymalıyıq”.

Yazıçı uzun müddət bu tədbirin dillər əzbərinə çevriləcəyini bildirib: “Dünya ölkələri hələ uzun illər “Bakı-2015”-dən danışacaq. Qoy danışsınlar, düşmənlərimiz çatlasın, dostlarımız sevinsin”.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR