Dünya və Avropa çempionumuz Avropa Oyunlarında qələbəyə əmindir
Bizi izləyin

Bakı 2015

Dünya və Avropa çempionumuz Avropa Oyunlarında qələbəyə əmindir

Karate üzrə 4 qat dünya, 12 qat Avropa çempionu Rafael Ağayev I Avropa Oyunlarında azarkeşlərini sevindirəcəyinə əmindir.

O, Publika.az-a açıqlamasında əsas məqsədinin I Avropa Oyunlarında qələbə qazanmaq olduğunu bildirib:

“Ölkəmizdə keçiriləcək ilk Avropa oyunlarında çıxış edəcəyim üçün sevinirəm. İnşallah çempion olaram. Bu mənim məqsədimdir. İnanıram ki, idmansevərləri, izləyicilərimizi sevindirəcəm”.

Qeyd edək ki, Bakı 2015 Avropa Oyunlarında karate yarışları iki gün müddətində - iyunun 13-14-də keçiriləcək. Orada medal uğrunda fərdi kumite üzrə 10 yarış, fərdi kata üzrə isə 2 yarış baş tutacaq. Avropanın karate üzrə ən güclü idmançıları (48 kişi və 48 qadın) Bakı Kristal Zalında tatami üzərində öz istedadlarını nümayiş etdirəcəklər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm