• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bulvarda Avropa Oyunlarının mağazası açıldı - FOTOLAR

Bulvarda Avropa Oyunlarının mağazası açıldı - FOTOLAR

Mayın 11-də Dənizkənarı Milli Parkda “Bakı-2015”in dəstəkçisi və məhsulların tədarükçüsü “Bazarstore”un dəstəyi ilə ilk Avropa Oyunlarının rəsmi mağazasının açılış mərasimi olub.

Mərasimdə çıxış edən “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Oyunların rəsmi məhsullarının satışa çıxarılmasından məmnunluğunu bildirib. İki həftə əvvəl ilk Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırıldığını bildirən Saymon Kleq hazırda məşəlin Azərbaycanın bölgələrini dolaşdığını və vətəndaşların bu möhtəşəm idman tədbirində fəal iştirak etdiklərini vurğulayıb. Qeyd edib ki, “Bazarstore” mağazalar şəbəkəsinin satışa çıxardığı məhsullar Azərbaycanda, eləcə də bütün Avropada yaşanacaq bu idman həyəcanını hər bir kəsin hiss etməsinə imkan yaradacaq.

Satışa çıxarılan məhsulların üzərində ilk Avropa Oyunlarının brendinin həkk olunduğunu bildirən Saymon Kleq mağazaların “Bakı-2015”in azarkeşlərinə böyük hədiyyə olduğunu diqqətə çatdırıb.

“Azərsun Holdinq”in ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək şöbəsinin müdiri Afiq Səfərov deyib: “Bazarstore” komandası olaraq “Bakı-2015”in uğuru üçün həm bir təşkilat, həm də Azərbaycan vətəndaşı kimi, əlimizdən gələn dəstəyi göstərməyə hazırıq. Məhsulların dizaynı xüsusi olaraq, “Bakı-2015” üçün yaradılıb və onlar öz orijinallığını təsdiqləyəcək holoqram ilə təmin olunub. Satışa çıxarılan məhsulları “Bazarstore” mağazalar şəbəkəsindən, paytaxtdakı 3 ticarət mərkəzindən, Atletlər və Media kəndlərindən əldə etmək mümkündür”.

Sonra Saymon Kleq və Afiq Səfərov mağazanın rəmzi açılışını bildirən lenti kəsiblər.

“Bakı-2015” ilk Avropa Oyunlarının ulduz elçilərinin, “Alovqoruyan”ların qatıldıqları açılış mərasimi paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR