Məşəl Zərdab və Tərtərə doğru
Bizi izləyin

Bakı 2015

Məşəl Zərdab və Tərtərə doğru

Bakı 2015 İlk Avropa Oyunlarının məşəl estafeti davam edir. Mayın 10-da Ağcabədi və Quzanlını dolaşan məşəl artıq Zərdaba yola salınıb.

Publika.az xəbər verir ki, festival çərçivəsində Zərdabda saat 11:00-da məşəl estafeti olacaq. Qarşılama mərasimi saat 11:00-da Heydər Əliyev parkında baş tutacaq. Tədbirin yekunlaşdırılması isə saat 12:30 üçün nəzərdə tutulub. Zərdabdan sonra məşəl yürüşü 111800 nəfər əhalisi olan Tərtərdə davam etdiriləcək. Saat 17:00-da məşəl estafeti, 18:00-da baş meydanda qarşılama mərasimi olacaq. Tədbirin yekunlaşdırılması isə saat 18:30-da nəzərdə tutulub.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. 10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm