İlqar Muradov: “Açılışda mütləq iştirak edəcəyəm”
Bizi izləyin

Bakı 2015

İlqar Muradov: “Açılışda mütləq iştirak edəcəyəm”

“Bakı-2015” Birinci Avropa Oyunlarından bizi cəmi bir aylıq zaman ayırır. Azərbaycan böyük bir beynəlxalq yarışa ev sahibliyi etməyə tam hazırdır. Hazırlıq prosesində iştirak edib-etməməsindən asılı olmayaraq, hər kəsin diqqəti Birinci Avropa Oyunlarına yönəlib.

Ölkəmizdə tanınmış şəxslər də bu prosesə çox fəal qoşularaq vətəndaş mövqeyi nümayiş etdirir.

Xalq artisti İlqar Muradov Publika.az-a açıqlamasında hazırlıq prosesini izlədiyini və yüksək qiymətləndirdiyini deyib. O da hadisənin Azərbaycan üçün əhəmiyyətli olduğu qənaətindədir:

“Avropa Oyunlarının Azərbaycanda keçirilməsi vətənimiz üçün şərəfli işdir. Dünya miqyasında Azərbaycanın irəli getməsini bir daha təstiq edir. Belə bir hadisənin Azərbaycanda reallaşması məni çox sevindirir. Bu, kiçik hadisə deyil”.

İlqar Muradov, bu cür möhtəşəm hadisəni canlı olaraq izləyəcəyini də bildirib:

“Mən açılışda iştirak edəcəyəm. Hətta oğlum Avropa Oyunlarının könüllülər dəstəsinin üzvüdür. Dəqiq hansı yarışlarda olacağı hələ ki bəlli deyil. Amma açılışda mütləq iştirak edəcəyəm. Oyunlar arasında maraq göstərdiklərim də var. Lakin indiki məqamda yarış Azərbaycanda keçirildiyi üçün bütün oyunlar mənə maraqlı gəlir. İmkanım olsa, bütün oyunları izləməyə gedəcəyəm”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm