Leonid Slutskiy: “Bakı I Avropa Oyunlarını peşəkarcasına keçirəcək”
Bizi izləyin

Bakı 2015

Leonid Slutskiy: “Bakı I Avropa Oyunlarını peşəkarcasına keçirəcək”

“I Avropa Oyunlarının Bakıda keçirilməsi olduqca dəyərlidir. Çünki bu oyunlar ilkdir və uzun illər tarixdə qalacaq. Təqdirəlayiq haldır ki, beynəlxalq Olimpiya Komitəsi və Avropa olimpiyaçıları bu oyunlar üçün Bakını seçdi”.


Publika.az xəbər verir ki, bu barədə Dövlət Dumasının komitə sədri Leonid Slutskiy deyib.


Onun sözlərinə görə, Rusiyada Azərbaycanı sevirlər və I Avropa Oyunlarının Bakıda keçirilməsini dəstəkləyirlər.


“Əminəm ki, Bakı bu oyunları sistemli və peşəkarcasına keçirəcək. Gərgin iş qrafiki azalacağı təqdirdə biz də bu oyunları izləmək üçün Bakıya uçacağıq və əla təşkil olunmuş Avropa oyunlarına tamaşa edəcəyik”, - deyə o bildirib.


Duma üzvü Azərbaycanda idmanın inkişafında rəhbərliyin xidmətinə xüsusi diqqət çəkib: “Prezident İlham Əliyev idmana çox diqqət ayırır. O, öz ailəsi və öz xalqının daha sağlam gələcəyi üçün çalışır. Azərbaycan liderinin bu imici I Avropa Oyunlarının Bakıda keçirilməsi haqda qərara da təsir etdi. Mən Azərbaycan Prezidentinə, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə uğurlar arzulayıram. I Avropa Oyunlarının açılışına bir neçə həftə qalıb və mən əminəm ki, hər şey çox yaxşı olacaq. Avropa Oyunları bundan sonra da keçiriləcək. Lakin mən əminəm ki, biz həmişə Avropa Oyunlarının paytaxtında – günəşli Bakıda görüşəcəyik”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm