Rusiya üzgüçülərin də adlarını açıqladı
Bizi izləyin

Bakı 2015

Rusiya üzgüçülərin də adlarını açıqladı

Rusiya Milli Olimpiya Komitəsi birinci Avropa Oyunlarında iştirak edəcək üzgüçülərin adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, birinci Avropa Oyunlarında Rusiyanı 23 kişi və 11 qadın üzgüçü təmsil edəcək.

Rusiya komandasının heyətində ən titullu idmançı Arina Openişevadır. O, 2014-cü ildə təşkil olunan Avropa çempionatında müxtəlif məsafələrə yarışlarda 7 qızıl medal qazanıb.

Rusiya yığmasının heyətində kişilərin yarışında Anton Çupkov, Arkadi Qrigoryev, Kiril Mordaşev, Yeqor Souçkov, Ernest Maksumov, İlya Drujinin, Yevgeni Drobotov, Daniel Paxomov, Daniel Antipov, Mixail Vekovişçev, Roman Şevliakov, Aleksey Brianskiy, Yelisey Stepanov, Aleksandr Prokofiyev, Nikolay Sokolov, Roman Larin, Kiril Titov, Qeorq Qutman, Sergey Sudakov, İqor Şadrin, Emil Muxametzianov, Filipp Şopin və Vladislav Kozlov mübarizə aparacaqlar.

Qadınların mübarizəsində isə Arina Openişeva ilə yanaşı, Mariya Kameneva, Vasilissa Bunaya, Polina Yeqorova, Mariya Astaşkina, Daria Çikunova, Anastasiya Kirpiçnikova, Alesiya Çernyatina, İrina Krivonoqova, Aleksandra Çesnokova və Mariyana Petrova güclərini sınayacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm