TRT Avaz “Bakı-2015”i təbliğ edəcək
Bizi izləyin

Bakı 2015

TRT Avaz “Bakı-2015”i təbliğ edəcək

Mayın 17-də Bakı vaxtı ilə saat 17.20-də Türkiyənin TRT Avaz kanalında yayımlanan “7 gün” adlı proqramda “Bakı 2015” Avropa Oyunlarından bəhs olunacaq.

Bu barədə Publika.az-a TRT Bakı Təmsilçiliyindən məlumat verilib. Proqram Azərbaycanda baş verən yeniliklərin nəbzini tutacaq.

Yeni bölüm Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarına həsr ediləcək. Proqramda birinci Avropa Oyunlarının bütün detalları ekranlara gələcək.

Təmsilçilikdən bildirilib ki, qaralama kampaniyalarına baxmayaraq, Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyini dünyaya sübut edəcək. TRT Avaz kanalı Birinci Avropa Oyunları haqqında çirkin oyunları, qaralama kampaniyaları və həqiqətləri tamaşaçılara çatdıracaq.

Eyni zamanda politoloqlar Elman Nəsirli, Araz Aslanlı və TRT Bakı Təmsilçiliyinin müxbiri Selim Toprak Azərbaycanda və dünyada baş verənləri “7 gün” proqramında tamaşaçılara təqdim edəcəklər.

Xatırladaq ki, ötən həftə yayımlanan veriliş Çanaqqala zəfəri və erməni yalanlarına həsr olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm