"İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi düzgün qərardır" – Rəfiqə Şabanova
Bizi izləyin

Bakı 2015

"İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi düzgün qərardır" – Rəfiqə Şabanova

“Günaydın” verilişi bugünkü buraxılışını Bakıda keçiriləcək ilk Avropa Oyunlarına həsr edib. Verilişdə qonaq olan Rəfiqə Şabanova birinci Avropa Oyunlarının məşəlini Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin əlindən ilk alan idmançı kimi fəxr etdiyini bildirib.

“Prezident İlham Əliyevə və xanımı Mehriban xanıma ilk olaraq alov məşəlini mənə etibar etdikləri üçün təşəkkür edirəm. Bu hadisənin baş verdiyi üçün çox xoşbəxtəm. Hələ də Bakıda və Naxçıvanda insanlar məşəli ilk olaraq aldığım üçün məni təbrik edirlər. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi düzgün qərardır. Bizim paytaxtımız bir neçə belə beynəlxalq səviyyəli yarışları keçirməyə qadirdir. Biz bunu edə bilərik. Bütün Azərbaycan idmançılarına uğur arzu edirəm. İlk kim yarışacaqsa, hamımız ona dəstək olacağıq ki, o, qızıl medal qazansın və belə də davam etsin”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm