II Avropa Oyunlarının təşkilatçısı...
Bizi izləyin

Bakı 2015

II Avropa Oyunlarının təşkilatçısı...

Mayın 16-da Avropa Olimpiya Komitəsinin (EOC) Türkiyənin Antalya bölgəsinin Bələk qəsəbəsində keçiriləcək iclasında 2019-cu il II Avropa Oyunlarının təşkilatçısı müəyyənləşəcək.

Publika.az xəbər verir ki, bu barədə EOC-un prezidenti Patrik Hikki açıqlama verib. Onun sözlərinə görə, əsas namizədlər siyahısında Hollandiya yer alıb. Oyunların mərkəzi kimi Amsterdam, Haaqa və Eyndhoven şəhərləri göstərilib. Öncədən Rotterdam və Utrext də siyahıya əlavə olunduğu halda, maddi məsələlər üzündən namizədliklərini geri götürüblər.

İclas zamanı Hollandiyanın təşkilatçı ölkə olmasının lehinə səs veriləcəyi gözlənilir. Təklif qəbul olunacağı təqdirdə, idman və kommersiya məsələlərində Hollandiya hökuməti ilə danışıqlar aparılacaq.

P.Hikki bildirib ki, Hollandiyadan başqa təşkilatçılıqda maraqlı olan tərəflərlə də danışıqlar aparılacaq.

Qeyd edək ki, I Avropa Oyunları 12 - 28 iyunda Bakıda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm