“Avropa Oyunları idmanımızın gücünü bütün dünyaya sübut edəcək”
Bizi izləyin

Bakı 2015

“Avropa Oyunları idmanımızın gücünü bütün dünyaya sübut edəcək”

Azərbaycanı Nanjin olimpiadasında təmsil etmiş, kamandan oxatma idmanı ilə məşğul olan Suğra Müqabilzadə də I Avropa Oyunlarında çıxış edəcək namizədlərdəndir. Həmçinin S.Müqabilzadə İlk Avropa Oyunlarının 11 elçisindən biridir.

Bir çox beynəlxalq turnirlərin qalib və mükafatçısı olan 16 yaşlı Suğra Bakı-2015-də Azərbaycanın böyük ümidlər bəslədiyi idmançılardan biridir.

O, Publika.az-a açıqlamasında I Avropa Oyunlarının ölkəmizdə keçirilməsini qürurverici hal kimi qiymətləndirib:

“Avropa Oyunlarının Bakıda keçirilməsi çox qururverici haldır. Bu oyunların Bakıda olması idmançılarımız üçün turniri daha maraqlı və həyəcanlı edir. Bu mötəbər yarış Azərbaycanı - Bakını və ölkəmizin idmanının gücünü bütün dünyaya göstərəcək. Həmçinin bəzi idman növlərinin də ölkəmizdə məşhurlaşmasına və idmançıların artmasına səbəb olacaq. Bu tədbirin idmançılarımız üçün xeyri çox böyükdür. Əgər bir idmançı öz ölkəsində yarışırsa, bu ona əlavə güc verir. Öz vətənində yarışmaq idmançını daha güclü edir. Həm də hər bir idmançının yaxşı nəticə göstərərək Azərbaycanın adını yüksəklərə qaldırmaq və öz idmanını hər kəsə tanıtmaq şansı var”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm