Portuqaliya 100 idmançı ilə gəlir
Bizi izləyin

Bakı 2015

Portuqaliya 100 idmançı ilə gəlir

Portuqaliya Olimpiya Komitəsi Bakı 2015 İlk Avropa Oyunlarında ölkəni 100 idmançının təmsil edəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, Portuqaliya millisinin heyətində yer alan idmançılardan 15-i olimpiada iştirakçısıdır ki, onlardan da ikisi – Silva və Pimenta London-2012-nin kanoe sprinti yarışlarında gümüş medal qazanıb.

Portuqaliyalı idmançılar “Bakı 2015”-də kamandan oxatma, badminton, çimərlik futbolu, kanoe, velosiped idmanı, gimnastika, cüdo, karate, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, suya tullanma, triatlon və güləş yarışlarında mükafatlar uğrunda yarışacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm