Əkiz bacılar Avropa Oyunlarına klip həsr etdilər - VİDEO
Bizi izləyin

Bakı 2015

Əkiz bacılar Avropa Oyunlarına klip həsr etdilər - VİDEO

Müğənni əkiz bacılar Sevil və Sevinc Səfərovalar “Bakı-2015” Avropa Oyunlarına həsr olunan mahnı və klipi bu gün internet istifadəçilərinin ixtiyarına buraxıblar. Elə “Avropa oyunları” adlanan mahnının sözləri Aqşin Feratın , musiqisi isə Tahir Abdullayevindir. Yeni bəstəyə ekran həyatı vermək rejissor Nazim Şərbətova həvalə olunub. Layihənin ideya müəllifi Səfərovaların prodüseri Mehri Əliquliyevadır.

Klipdə muğam hissəsi də yer alıb. Bu parçanı isə əməkdar artist Təyyar Bayramov səsləndirib.

Bacılar qeyd edir ki, bu layihədə böyük heyət çalışıb: “Klipdə karate üzrə dünya çempionu Rafael Ağayev və Şahin Atamovun məşq prosesini çəkdik. Biz də hər kəs kimi bu önəmli oyunları həvəslə gözləyirik. Hər kəsə uğurlar”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm