Rusiyada və Bolqarıstanda Avropa Oyunları ilə bağlı tədbir təşkil olunub – FOTOLAR
Bizi izləyin

Bakı 2015

Rusiyada və Bolqarıstanda Avropa Oyunları ilə bağlı tədbir təşkil olunub – FOTOLAR

“Bakı 2015” Avropa Oyunlarına Dəstək Dostluq Qrupu” fəallarının növbəti toplantısı keçirilib.

Publika.az-ın məlumatına görə, toplantıda ilk olaraq görülən işlərin hesabatı verilib.

Daha sonra qrup üzvü olan Könül Quliyeva Tiflisdə Avropa təhsil universitetinin rəhbərliyinə layihə haqqında məlumat verib, müəllim və tələbələrin iştirakı ilə tədbir keçirilib.

Qeyd olunub ki, Avropa təhsil universitetinin müxtəlif millətlərdən olan tələbələrində Azərbaycanda keçiriləcək Avropa oyunları çox böyük rəğbət doğurub.

Dostluq qrupunun digər fəal gənci Kamil Məhəmmədli isə bildirib ki, bu yaxınlarda onun Bolqaristan səfəri zamanı “Bakı 2015” Avropa Oyunları ilə bağlı sərgi təşkil olunub.

Qonaqlara bukletlər, idman geyim formaları, suvenirlər, qələmlər, təqvimlər paylanılıb.

Qrupun digər fəal üzvü Moskva şəhərində yaşayan İradə Məmmədova oradakı məktəblərdən birində flaşmob təşkil etdiyini söyləyib.

Toplantıda qrupun fəallığı önə çəkilib və görüləcək işlər müzakirə edilib.

Görüləcək işlər arasında regionlarda “Bakı 2015” Avropa Oyunlarına Dəstək Dostluq Qrupu”nun auditoriyasının genişləndirilməsi ilə bağlı fəaliyyətin daha da gücləndirilməsi, universitetlərdə tələbələrlə görüşlər keçirilməsi, “instagram” və “twitter” səhifələrinin açılmasının vacibliyi önə çəkilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm