• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Birinci Avropa Oyunlarında Almaniyanın 67 üzgüçüsü mübarizə aparacaq

Birinci Avropa Oyunlarında Almaniyanın 67 üzgüçüsü mübarizə aparacaq

Birinci Avropa Oyunları yaxınlaşdıqca mötəbər turnirə qatılacaq atletlərin sayı da dəqiqləşir.

Almaniya Üzgüçülük Federasiyası bu mötəbər idman yarışına - geniş heyətlə - 67 atletlə qatılmağı qərara alıb. Üzgüçülər ölkəmizə gələcək 300 almaniyalı atlet arasında çoxluq təşkil edirlər.

AZƏRTAC Almaniya Üzgüçülük Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, “Bakı-2015”də kişi və qadın idmançılar üzgüçülüyün 4 növü üzrə mübarizə aparacaqlar.

İlk Avropa Oyunlarının üzgüçülük yarışları Olimpiya Oyunlarına lisenziya qazandıracağından Bakıdan mükafatla qayıdacaq üzgüçülər 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya birbaşa vəsiqə əldə edəcəklər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR