SOK: Avropa Oyunları uğurlu hadisə olacaq
Bizi izləyin

Bakı 2015

SOK: Avropa Oyunları uğurlu hadisə olacaq

“Azərbaycanın idman obyektlərinin tikintisində nümayiş etdirdiyi qeyri-adi cəsarət və ölkə əhalisinin Bakıda keçiriləcək Avropa Oyunlarına marağı və mehribanlığı, şübhəsiz ki, bu idman hadisəsinə uğur gətirəcək”. Bu barədə Trend-ə Serbiya Olimpiya Komitəsinin direktoru Damir Ştayner deyib.

Publika.az xəbər verir ki, D.Ştayner Azərbaycanın sürətlə inkişaf etdiyini qeyd edib:

"Ölkədə idman da digər sahələr kimi inkişaf edir. Avropa Oyunlarının böyük idman hadisəsi olacağına inanıram. Bu, Avropa idmanı üçün əhəmiyyətli tarixi andır. Belə ki, bütün qitələrin öz idman oyunları var. Sözsüz, Avropa da bir çox idman növlərinin birləşdiyi tədbirə malik olmağa layiqdir".

Onun sözlərinə görə, Avropa Oyunlarında istifadə ediləcək bütün yeni və təmir edilmiş obyektlər müsbət təsir bağışlayır:

"Ötən il bir neçə dəfə Bakıya səfər etmək imkanım olub və hər dəfə də daha böyük inkişafın şahidi oluram. Bakı 2015 İlk Avropa Oyunlarının Təşkilat Komitəsi hələ ötən Olimpiya Oyunları zamanında işləyən təcrübəli əməkdaşlardan ibarətdir və mən əminəm ki, onlar fövqəladə yarışlar təşkil edəcəklər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm