Xalq artisti: “Bu tədbir bizə barışsevər olduğumuzu göstərməyə imkan yaradacaq”
Bizi izləyin

Bakı 2015

Xalq artisti: “Bu tədbir bizə barışsevər olduğumuzu göstərməyə imkan yaradacaq”

Xalq artisti Ağaxan Salmanlı Azərbaycanda keçirilən Avropa Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirib.

Publika.az-a açıqlama verən aktyor ilk dəfə keçirilən beynəlxalq tədbirin Azərbaycan üçün bayram xarakteri daşıyacağını bildirib: “Avropa Oyunları yalnız idman yarışı deyil, eyni zamanda, mədəniyyətimizin çiçəklənməsinə xidmət edən bayram təntənəsidir. Bu gün Azərbaycanı tanımaq olmur, yeni tikilən binalar, idman, mədəniyyət ocaqları-baxdıqca ürəyimiz açılır. Görün, əcnəbilər bu gözəllikləri görüb necə valeh olacaqlar. Bu tədbir beynəlxalq aləmdə bizi sivil, inkişaf etmiş bir ölkə kimi tanıdacaq. Çünki hər kəs bilir ki, Azərbaycanın inkişafını gözügötürməyən, paxıllanan düşmənimiz də var. Onlar hər yerdə nüfuzumuza kölgə salmağa çalışırlar. Bu tədbir bir daha bizə imkan yaradacaq ki, mədəni və barışsevər xalq olduğumuzu nümayiş etdirək”.

Xalq artisti hər bir azərbaycanlıya üzünü tutub onları diqqətli olmağa səsləyib: “Azərbaycan xalqı həmişə qonaqpərvər və sülhsevər olub. Qonaqlarımızı yenə də əvvəlki mehribanlıqla qarşılayın. Mən inanıram ki, hər birimiz əcnəbiləri evimizə gələn qonaq kimi qəbul edəcəyik. Avropa Oyunları bizə bu fürsəti yaradacaq”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm