Tofiq Bəhramov adına Respublika Stadionunda yeni bilet satış məntəqəsi açıldı
Bizi izləyin

Bakı 2015

Tofiq Bəhramov adına Respublika Stadionunda yeni bilet satış məntəqəsi açıldı

“Bakı 2015” I Avropa Oyunlarının Əməliyyat Komitəsi Tofiq Bəhramov adına Respublika Stadionunda yeni bilet satış məntəqəsi açıb.

Əməliyyat Komitəsindənn Publika.az-a verilən məlumata görə, iyunun 12-də start götürəcək Oyunlara bütün ölkədə maraq yüksəldikcə, son həftələrdə biletlərə olan tələbat da xeyli artıb.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK), Oyunlara gələn tamaşaçılara biletləri yalnız Oyunların veb səhifəsindən və ya paytaxtın müxtəlif yerlərində quraşdırılmış 12 rəsmi bilet satışı məntəqəsindən almağı tövsiyə edir.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bilet satışı ilə bağlı bunları bildirdi: “Bizim birinci dərəcəli məqsədimiz, Oyunlara gələn hər bir kəsin buradan ən yaxşı təəssüratlarla ayrılmasını təmin etməkdir. Buna görə də, biz, bilet alan hər kəsə belə bir mesajla müraciət edirik – biletinizi yalnız Bakıdakı rəsmi bilet satış məntəqələrinin birindən yaxud baku2015.com veb səhifəmiz vasitəsilə alın.

Tofiq Bəhramov adına Respublika Stadionunun çölündə yerləşən yeni bilet satış məntəqəsi Bakıda açılan 12-ci belə mərkəzdir. Məntəqə, həftənin yeddi günü saat 11:00-dan 21:00-a qədər fəaliyyət göstərəcək.

Digər bilet satış məntəqələri, Park Bulvar, 28 Mall və Metro Park alış-veriş mərkəzləri də daxil olmaqla Bakının alverişli məkanlarında quraşdırılıb.

Bilet satış məntəqələrinin yerlərindən tutmuş, arenalara gediş-gəliş haqqında ətraflı məlumat da daxil olmaqla, Avropa Oyunları ilə əlaqədar istənilən məsələ haqqında informasiyanı 2015 nömrəsinə zəng edərək, Tamaşaçı Məlumat Mərkəzindən yaxud Bakı 2015 veb səhifəsindən əldə etmək olar

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən təxminən 6000 idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.

Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

Bakı 2015 Avropa Oyunlarının biletlərini satış məntəqələrindən yaxud http://az.baku2015.com/tickets/index.html saytından onlayn qaydada almaq mümkündür. Onlayn alınmış biletlərin təsdiq bildirişləri şəhərin aşağıda göstərilən ünvanlarında yerləşən istənilən bilet satış məntəqələrində biletə dəyişdirilə bilər: «Park Bulvar», «28 Mall», «Metro Park» ticarət mərkəzləri, Heydər Əliyev Sarayı, «Azərbaycan» kinoteatrı, Nizami küçəsinin Bülbül prospekti ilə kəsişməsi, Azadlıq meydanı, ASAN xidmətin Yasamal filialı, eyni zamanda, Neftçilər, Əhmədli metrostansiyaları yaxınlığında və Fəvvarələr meydanında yerləşən «McDonald’s» restoranı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm