Bakı Turizm İnformasiya Mərkəzi I Avropa Oyunlarına hazırdır
Bizi izləyin

Bakı 2015

Bakı Turizm İnformasiya Mərkəzi I Avropa Oyunlarına hazırdır

Bakı Turizm İnformasiya Mərkəzi I Avropa Oyunları ilə əlaqədar hazırlıq işlərini tamamlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda 12-28 iyun tarixində keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən bir sıra işlər görülüb.

Bununla əlaqədar Mərkəzin girişində I Avropa Oyunlarının stend və bannerləri quraşdırılmış və ölkəmizin turizm potensialını təbliğ edən bir neçə yeni reklam çap məhsulları hazırlanıb. Mərkəzdə həmçinin suvenir köşk quraşdırılıb.

Eyni zamanda, ölkəmizə səfər edəcək turistlərə və qonaqlara daha yüksək xidmət göstərilməsi üçün Bakı Turizm İnformasiya Mərkəzinin mütəxəssislərinə ingilis dili kursları təşkil olunub.

Bakı Turizm İnformasiya Mərkəzi I Avropa Oyunları ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçmiş və iş qrafiki şənbə və bazar günləri daxil olmaqla 21:00-a kimi uzadılıb.

Məlumat üçün bildiririk ki, Mərkəzin (+994 12 498 12 44) telefon nömrəsi qaynar xətt təyin olunub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm