Bakı 2015-in məşəli Daşkəsəndədir - FOTOLAR
Bizi izləyin

Bakı 2015

Bakı 2015-in məşəli Daşkəsəndədir - FOTOLAR

Bakı-2015 ilk Avropa Oyunlarının məşəli Gəncədə keçirilən möhtəşəm festivaldan sonra Daşkəsən rayonuna gətirilib.

Publika.az-ın məlumatına görə, Daşkəsənin giriş qapısında məşəlin təntənəli qarşılanma mərasimi olub. Şəhərin Heydər Əliyev prospektində rayonun minlərlə sakini yürüş iştirakçılarını böyük coşqu ilə qarşılayıb.

Avropa Oyunlarının rəmzi qapısında ağırlıqqaldırma üzrə dünya çempionu Xaqani Abdullayev məşəli qəbul edib. Sonra 10 nəfər məşəlçi Avropa Oyunlarının rəmzi qapısından iki kilometr məsafədə yürüşə başlayıb. Onlar rayon sakinlərinin alqış sədaları altında Heydər Əliyev prospekti boyunca hərəkət edərək ümummilli liderin adını daşıyan mərkəzin qarşısına gəliblər. Meydana toplaşanlar birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən idmançıları sürəkli alqışlarla qarşılayıblar.

Sonuncu məşəlçi Zaur Həsənov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırıb və bu xoşbəxtlik ona nəsib olduğu üçün Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlıq edib.

Birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Avropa Oyunlarının məşəli Daşkəsəndən Samux rayonuna yola salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm