Deputat: “Avropa Oyunları ərəfəsində aparılan kampaniyalar ermənipərəst dairələrin fəaliyyətidir”
Bizi izləyin

Bakı 2015

Deputat: “Avropa Oyunları ərəfəsində aparılan kampaniyalar ermənipərəst dairələrin fəaliyyətidir”

“Qərbdən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarına artıq öyrəşməliyik”. Bunu Publika.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib.

Onun sözlərinə görə, “Bakı 2015” ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyaları ermənipərəst dairələrin fəaliyyətidir. S.Rüstəmxanlı deyib ki, bütün bunlar Azərbaycanda gedən inkişafı görmək istəməyən, müsəlmanları və türkləri gözü götürməyən erməni təbliğatının tərkib hissəsidir: “Bu cür kampaniyalar Bakıda keçirilmiş “Eurovision” yarışması ərəfəsində də baş vermişdi. Ancaq biz bütün bunlara və ölkədə narazılığın yaranmasına imkan verməməliyik. Çünki Azərbaycanı gözü götürməyən dairələr çoxdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm