Azərbaycan və Avropa Oyunları İndoneziya telekanalında – FOTO-VİDEO
Bizi izləyin

Bakı 2015

Azərbaycan və Avropa Oyunları İndoneziya telekanalında – FOTO-VİDEO

İndoneziya televiziyasında Azərbaycan haqqında xüsusi süjet yayımlanıb.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, proqramda Azərbaycan, İslam ənənələri, respublikamızın tarixi yerləri barəsində ətraflı məlumat verilib. Cakarta jurnalistləri xüsusi reportajda ölkəmizdə İslamın yayılmasi, dini tolerantlığı, Azərbaycanın mədəniyyətini əks etdiriblər. Verilişdə qeyd olunub ki, Avropa və Asiyanin kəsişməsində yerləşən respublikamız son illər beynəlxalq tədbirlərə ev sahibliyi edir. İndoneziya jurnalistləri gələn ay ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarına xüsusi yer ayırıblar və bu ölkədən olan turistlər üçün Azərbaycanda hərtərəfli şəraitin yaradıldığını çatdırıblar.

Publika.az həmin süjeti təqdim edir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm