“Bakı 2015”-ə velosipedlə” yürüşçüləri İstanbula çatdı
Bizi izləyin

Bakı 2015

“Bakı 2015”-ə velosipedlə” yürüşçüləri İstanbula çatdı

“Bakı 2015 İlk Avropa Oyunlarına velosipedlə” layihəsi çərçivəsində mayın 5-də Dubrovnik şəhərindən yola düşən Xorvatiyanın “Pedalinac” velosiped klubunun üzvləri artıq İstanbula çatıb.

Publika.az xəbər verir ki, yürüş iştirakçılarını Azərbaycanın İstanbuldakı baş konsulu Kənan Murtuzov və media nümayəndələri qarşılayıblar.

Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə həyata keçirilən layihə birinci Avropa Oyunlarının təbliği məqsədini daşıyır.

Layihəyə əsasən xorvatiyalı velosipedçilər 4000 kilometr məsafəni 35-40 gün ərzində qət etməyi planlaşdırırlar. Artıq yolun üçdəbiri qət olunub.

Mayın 20-də yürüş iştirakçıları Bakı istiqamətində hərəkətə başlayacaqlar. Velosipedçilər Gürcüstan ərazisindən keçərək Azərbaycana gələcəklər. Yürüş iştirakçılarının iyunun 10-dək Bakıya çatacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm