Bakı 2015
Qədim Oğuz diyarı məşəli qarşıladı
Birinci Avropa Oyunlarının məşəli söz və saz diyarı olan, gündən-günə abadlaşan və gözəlləşən Tovuz şəhərinə gətirilib. Minlərlə rayon sakini Heydər Əliyev prospekti boyu düzülərək İlk Avropa Oyunlarının məşəl estafetini böyük sevinclə qarşılayıb.
Publika.az xəbər verir ki, taekvondo üzrə Azərbaycan çempionatının mükafatçısı Nəsimi Cəfərov şəhər parkının qarşısında qurulan Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. 2,6 kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar alqış sədaları altında Heydər Əliyev parkına gəldilər.
Beynəlxalq dərəcəli məşqçi-hakim, taekvondo üzrə Avropa çempionatının mükafatçısı Coşqun Nadirov parkın qarşısında qurulmuş səhnəyə qalxaraq, çırağı alovlandırdı. Çıraq İlk Avropa Oyunlarının sonunadək “Bakı 2015”-in rəmzi kimi Tovuzda saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edildi.
Sonra Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Sonra respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı təqdim olundu. Məşəlin növbəti dayanacağı Gədəbəy rayonudur.
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ