Finlandiya XİN: “Bakıda təşkil olunan ilk Avropa Oyunları möhtəşəm keçəcək”
Bizi izləyin

Bakı 2015

Finlandiya XİN: “Bakıda təşkil olunan ilk Avropa Oyunları möhtəşəm keçəcək”

“Finlandiya insanların birləşməsi baxımından idmanı həmişə yüksək qiymətləndirib”. Publika.az xəbər verir ki, bu barədə Trend-ə Finlandiya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Krister Mikelson deyib.

Diplomatın sözlərinə görə, Bakıda keçiriləcək İlk Avropa Oyunlarında Finlandiyadan çoxlu idmançı iştirak edəcək:

“Panamerika və Asiya oyunları artıq bütün dünyada məşhurdur. Təbii ki, Avropanın da özünün oyunları olmalı idi. İlk Avropa Oyunları Azərbaycana qonaqpərvərliyini və ölkənin imkanlarını nümayiş etdirmək üçün yaxşı imkan olacaq. Hər dəfə Bakıya səfər etdikdə paytaxtda stadionların sayının artdığını görürəm. Əminəm ki, Bakıda təşkil olunan ilk Avropa Oyunları möhtəşəm keçəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm