• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Səfir Avropa Oyunları ilə bağlı çağırış etdi

Səfir Avropa Oyunları ilə bağlı çağırış etdi

Argentinanın turizm, idman, mədəniyyət üzrə ixtisaslaşan “Host News Traveller”, “Daily Web”, “Pulso Turistico”, “Norte en Linea” xəbər portallarında, habelə “Telam” milli xəbərlər agentliyinin və “Clarin” qəzetinin müvafiq olaraq idman və turizm bölmələrində “Bakı 2015” Birinci Avropa Oyunları ilə bağlı materiallar dərc olunub.

Publika.az-ın məlumatına görə, yazılarda Birinci Avropa Oyunları, bu oyunlar çərçivəsində keçiriləcək idman yarışları barədə məlumat verilir, həmçinin Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsi üçün Bakıda yaradılmış müasir infrastrukturdan və idman komplekslərindən söz açılır.

Habelə yazılarda qeyd olunur ki, dünyanın sürətlə inkişaf edən iqtisadiyyatlarından olan Azərbaycanda turizm sənayesi və nəqliyyat infrastrukturunun inkişafına da böyük sərmayələr yatırılıb, hazırda ölkədə dünyanın aparıcı hotel şəbəkələrinə məxsus mehmanxanalar, çox sayda turistik komplekslər, istirahət, mədəniyyət, ticarət və əyləncə mərkəzləri, həmçinin Qafqazın ən böyük hava limanı olan Heydər Əliyev Hava Limanı da daxil olmaqla 5 beynəlxalq aeroport fəaliyyət göstərir.

Yaradılmış bu infrastrukturun Azərbaycanda gələcək illərdə keçirilməsi nəzərdə tutulan 2016-cı il Formula “1 Grand Prix” yarışları, 2016-cı il Şahmat Olimpiadası, 2017-ci il İslam Həmrəyliyi Oyunları, 2020-ci il futbol üzrə UEFA Avropa Çempionatının 4 oyunun keçirilməsi kimi digər əhəmiyyətli tədbirlərə də xidmət edəcəyi bildirilir.

Yazılarda Azərbaycanının Argentinadakı səfiri Məmməd Əhmədzadəyə istinadən qeyd olunur ki, son illərdə Azərbaycan irimiqyaslı beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, mədəni və idman tədbirlərinə ev sahibliyi edir ki, bu da ölkəmizin hərtərəfli inkişafının göstəricisidir: “Hamını Avropanın sülh, dostluq və idman bayramı olacaq “Bakı 2015” Avropa Oyunlarına tamaşa etmək üçün Azərbaycana dəvət edirik. Bu, həmçinin Şərqin Avropa cazibəsi olan, Avropa ilə Asiyanı qovuşduran, qədimlik ilə müasirliyi birləşdirən ölkəmi tanımaq üçün gözəl bir fürsət olacaqdır”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR