Şəmkirdə “Alov festivalı” təxirə salındı
Bizi izləyin

Bakı 2015

Şəmkirdə “Alov festivalı” təxirə salındı

Bu gün Bakı 2015 Avropa oyunları münasibətilə Şəmkirdə planlaşdırılan "Alov festivalı" dünən Bakının Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar olaraq təxirə salınıb.

Publika.az-ın məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. Onun sözlərinə görə, məşəl sadəcə proqrama əsasən regiondan keçəcək.

Qeyd edək ki, mayın 19-da Bakıda yaşayış evində baş vermiş yanğın nəticəsində 14 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm