Rusiya ən güclü samboçularla təmsil olunacaq
Bizi izləyin

Bakı 2015

Rusiya ən güclü samboçularla təmsil olunacaq

Bakı 2015 I Avropa Oyunlarında Rusiya bir nömrəli samboçuları ilə təmsil olunacaq.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev "R-sport"a açıqlamasında deyib.

O bildirib ki, Oyunlar sambo üzrə dünya çempionatından əvvəl keçiriləcək. Mərakeşdəki mundialda ən güclü idmançıları ilə təmsil olunacaq Rusiya bu səbəbdən, Oyunlara da həmin idmançılarını gətirəcək:

"Dünya çempionatından əvvəl keçiriləcək Avropa Oyunları Rusiya samboçuları üçün vacib hazırlıq turniridir. Buna görə də Bakıya bir nömrəli idmançılarımızı göndərəcəyik. Bu da onların çempionata hazırlaşması üçün böyük əhəmiyyət daşıyır".

Federasiya prezidenti Bakıda Rusiya samboçularının əsas rəqiblərinin adlarını da açıqlayıb. O deyib ki, Azərbaycan, Belarus, Gürcüstan və Ukrayna idmançılarını özlərinə rəqib hesab edib.

Qeyd edək ki, Avropa Oyunları zamanı sambo üzrə yarışlar iyunun 22-də keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm