Su İdmanı Mərkəzində təlim-məşq başladı
Bizi izləyin

Bakı 2015

Su İdmanı Mərkəzində təlim-məşq başladı

Bu gün Bakı Su İdmanı Mərkəzinin əsas yarış hovuzunda I Avropa Oyunları öncəsi 20 gənc üzgüçünün iştirakı ilə təlim-məşqə start verilib.

Publika.az xəbər verir ki, tədbirdə "Bakı 2015"-in idman şöbəsinin direktoru Pirs O`Kallaqan hovuzun olimpiya standartlarına uyğun tikildiyini bildirib.

O, idman qurğusunun üzgüçülüyün müvafiq növləri üzrə Azərbaycan çempionlarının gələcək nəslinin yetişməsi üçün təlim mərkəzinə çevriləcəyinə əminlik ifadə edib.

Azərbaycan yığmasının baş məşqçisi Rəşad Əbdürrəhmanov isə Oyunların daha çox azyaşlını idmanla məşğuliyyətə cəlb edəcəyinə və gənc idmançıları növbəti uğurlara ruhlandıracağına ümidvar olduğunu vurğulayıb.

Tədbirə "Bakı 2015"-in ulduz elçisi kimi qatılan Murad Dadaşov Oyunlar zamanı ailəsi ilə birgə Azərbaycan idmançılarını dəstəkləyəcəyini, idman tamaşasından zövq alacağını bildirib. O, özü və ailəsi adından Binəqədidəki yanğın zamanı dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verməyi də unutmayıb.

Qeyd edək ki, Bakı Su İdmanı Mərkəzi 2000 tamaşaçı tutumuna malikdir. "Bakı 2015" I Avropa Oyunları üçün tikilmiş və dünya standartlarına cavab verən arena Oyunlar zamanı üzgüçülük, suya tullanma və sinxron üzgüçülük yarışlarına ev sahibliyi edəcək. Oyunlar başa çatdıqdan sonra Mərkəz hamının istifadəsi üçün açıq olacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm