Baş məşqçi: “Var gücümüzlə avropalı idmançılarla rəqabət aparmalıyıq”
Bizi izləyin

Bakı 2015

Baş məşqçi: “Var gücümüzlə avropalı idmançılarla rəqabət aparmalıyıq”

Üzgüçülük üzrə Azərbaycan yığmasının baş məşqçisi Rəşad Əbdürrəhmanov bildirib ki, idmançılarımız birinci Avropa Oyunlarına hazırlığı davam etdirirlər.

Baş məşqçi Publika.az-a açıqlamasında idmançılarımızın final mərhələsinə qədər yüksələ biləcəklərini düşündüyünü dedi:

“Ümumilikdə, təlim-məşq toplanışlarımız yüksək səviyyədə keçdi. Bizim yaxşı hazırlaşmağımız üçün istənilən şərait yaradılıb. İştirak etdiyimiz yarışlar idmançılarımızın nəticələrinin daha da yaxşılaşmasına kömək edir. Birinci Avropa Oyunlarına çox az vaxt qalıb. Bu müddətdən də səmərəli istifadə edib ölkəmizdə keçiriləcək mötəbər turnirdə yaxşı nəticələr göstərmək üçün əlimizdən gələni etməliyik.

Komandamızın heyəti gənclərdən və yeniyetmələrdən ibarətdir. Təxminən 1 ildir ki, kollektivimizlə mütəmadi məşqlər keçiririk. Milli komandamızda çox perspektivli idmançılar var. I Avropa Oyunlarında 12 üzgüçü ilə təmsil olunacağıq. Bunlardan 6-sı oğlan, 6-sı isə qızdır. Ümidimiz var ki, bu turnirdə üzgüçülərimizin final mərhələsinədək irəliləyə biləcək. Final mərhələsinə düşmək artıq bütün Avropada 8 idmançıdan biri olmaq deməkdir. Bunun özü də bizim üçün böyük nəticədir. Hər bir halda azərbaycanlıları sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Daha sonra baş məşqçi komandanın heyətində çıxış edən yerli idmançılar barədə də danışdı:

“Əlbəttə ki, komandada yerli idmançılarımız çoxdur. Bayramova Alsu, Cəfərov Kamran, Ayxan Murad kimi idmançılar 3-lük təşkil edir. Bundan başqa rus əsilli idmançımız var ki, Azərbaycanda doğulub boya başa gəlib. Adı Sisuk Yuliyadır. Bundan başqa, bizim bir çox idmançılarımız var ki, yaxşı rəqabət aparmaq gücündədirlər. Elə biz də var gücümüzlə Avropadan gələn idmançılarla rəqabət aparmalıyıq”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm