Rəhman Hətəmov: “Hədəfimiz I Avropa oyunlarıdır”
Bizi izləyin

Bakı 2015

Rəhman Hətəmov: “Hədəfimiz I Avropa oyunlarıdır”

Karate üzrə milli komandanın baş məşqçisi Rəhman Hətəmov I Avropa Oyunlarına hazırlıqdan danışıb.

Publika.az-a açıqlama verən baş məşqçi ən böyük hədəflərinin bu mötəbər yarışda qələbə olduğunu bildirib:

“Bu ilin əvvəllərindən biz artıq I Avropa Oyunlarına hazırlığa başlamışdıq. Mütəmadi olaraq beynəlxalq turnirlərdə iştirak edirik. Keçirdiyimiz təlim-məşqlərin, hazırlıqların nəticəsi ürəkaçandır və idmançılarımız hər gün daha da yaxşı təsir bağışlayırlar. Hədəfimiz bu mötəbər turnirdə - I Avropa Oyunlarında qalib olmaq, xalqımızı sevindirmək, bizə göstərilən etimadı doğrultmaqdır”.

Qeyd edək ki, karate Birinci Avropa Oyunlarında keçiriləcək dörd qeyri-olimpiya idman növündən biridir.

Bakı 2015 Avropa Oyunlarında kata və kumite üzrə medal uğrunda yarışlar nümayiş olunacaq. Bakı 2015 Avropa Oyunlarında karate yarışları iki gün müddətində, 2015-ci ilin 13-14 iyun tarixlərində keçiriləcək. Orada medal uğrunda fərdi kumite üzrə 10 yarış, fərdi kata üzrə isə 2 yarış keçiriləcək. Avropanın karate üzrə ən güclü idmançıları (48 kişi və 48 qadın) Bakı Kristal Zalında tatami üzərində öz istedadlarını nümayiş etdirəcəklər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm