• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Bakı-2015”-in çimərlik voleybolu yarışlarında Belarusu iki qadın cütlük təmsil edəcək

“Bakı-2015”-in çimərlik voleybolu yarışlarında Belarusu iki qadın cütlük təmsil edəcək

Belarus birinci Avropa Oyunlarının çimərlik voleybolu yarışlarında iki qadın cütlüklə təmsil olunacaq.

AZƏRTAC Belarus Olimpiya Komitəsinə istinadla xəbər verir ki, məşqçilər Sergey Danilov və İqor Samyolnaninovun rəhbərliyi ilə yarışlarda Viktoriya Şalayevskaya–Viktoriya Sekretova və Valeriya Babenko–Yana Milevskaya cütlükləri mübarizə aparacaqlar.

Cütlüklərin gənc və perspektivli olduğunu bildirən məşqçi Sergey Danilov onların bu il orta məktəbi bitirəcəklərini diqqətə çatdırıb. Vurğulayıb ki, voleybolçular bir müddət əvvəl Litvada beynəlxalq turnirdə qüvvələrini sınayıblar. Cütlüklərdən biri mükafatçılar sırasında yer alıb. Ancaq Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarının çimərlik voleybolu yarışları heç də asan olmayacaq. Çünki komandalar bu yarışa ciddi hazırlaşır və Azərbaycan cütlüyünü də güclü rəqib kimi görürük.

Voleybolçu Viktoriya Şalayevskaya deyib: “Əzmlə mübarizə apararaq mükafatçılar sırasında yer almaq istəyirik. Bilirəm ki, bütün belaruslular bizə azarkeşlik edəcəklər. Birinci Avropa Oyunlarından əvvəl Molodeçnoda (Belarus) təşkil olunacaq turnirdə gücümüzü sınayacağıq.

Birinci Avropa Oyunlarının çimərlik voleybolu yarışları iyunun 16-dan 21-dək Avropa Oyunları Parkında təşkil olunacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR