Gənc atletimiz: “Avropa Oyunlarına var gücümlə hazırlaşıram”
Bizi izləyin

Bakı 2015

Gənc atletimiz: “Avropa Oyunlarına var gücümlə hazırlaşıram”

“Avropa Oyunlarında uğurlu çıxış edərək, xalqımızı sevindirmək istəyirəm”.

Bu fikrin müəllifi I Avropa Oyunlarında atletika üzrə ölkəmizi təmsil edəcək idmançılardan biri Rahib Məmmədovdur.

O, ilk dəfə Azərbaycanda keçiriləcək mötəbər turnirdə 110 metr məsafəyə maneələrlə və 4x100 estafet qaçışda medal üçün mübarizə aparacaq.

Gənc atlet Publika.az-a açıqlamasında rəqibləri barədə bir az məlumatlı olduğunu deyib:

“Düzdür, bəzi rəqiblərim haqda məlumatım var. Güclü rəqiblər çoxdur. Bu cür turnirdə zəif idmançı ola bilməz. Əsasən də serbiyalı atletin mənim üçün güclü rəqib olacağını düşünürəm.

Ancaq mən də bu yarışa var gücümlə hazırlaşıram. Doğma divarlar arasında uğurla çıxış edib, mükafatçılar sırasına düşüb, xalqımızı sevindirmək istəyirəm”.

Qeyd edək ki, Avropa Oyunları çərçivəsində Atletika yarışları Milli Stadionda iyunun 21-də başlayıb, 22-də başa çatacaq. Atletika yarışlarında iştirak etmək üçün Bakıya ümumilikdə 500 kişi və qadın idmançı gələcək.

Avropa Oyunlarına 40 yarışda mübarizə aparacaq 15-dək milli komanda daxil olacaq. Hər komandanın hər yarış üçün bir idmançısı olacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm