• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İdmançı: “I Avropa Oyunlarında güclü rəqabət olacaq”

İdmançı: “I Avropa Oyunlarında güclü rəqabət olacaq”

İlk Avropa Oyunlarının üzgüçülük yarışlarında Azərbaycanı təmsil edəcək idmançılardan biri də Kamran Cəfərovdur. O həm özünün, həm də komanda yoldaşlarının birinci Avropa Oyunlarına çox ciddi şəkildə hazırlaşdığını dilə gətirib.

Publika.az-a danışan gənc üzgüçü bildirdi ki, uğurlu şəkildə çıxış edərək ölkəmizi sevindirmək arzusundadır:

“Oyunların Azərbaycanda keçirilməsi bizim üçün gözəl imkanlar yaradır. Birinci növbədə biz Avropanın ən güclü üzgüçüləri ilə mübarizə aparmaq imkanı qazanmışıq. Ən əsası isə ölkəmizin paytaxtında möhtəşəm Bakı Su İdmanı Mərkəzi inşa olunub. Bu, Azərbaycanda su idmanı növlərinin inkişafına böyük təkan verəcək. I Avropa Oyunlarında güclü rəqabətin olacağını bilirəm. Düşünürəm ki, İtaliya, Fransa və Macarıstandan olan üzgüçülərin “Bakı-2015”də güclü rəqib olacaq.

Ümumiyyətlə isə gərək rəqib komandanı zəif saymayasan. Biz də ən zəif deyilik. Əlimizdən gələni edəcəyik ki, uğurlu çıxış edək xalqımızı sevindirək”.

Aygün

Xəbər lenti

DAHA ÇOX XƏBƏR